Bakıda tələbə faciəvi şəkildə vəfat etdi – FOTO

Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edən gənc Azərbaycan Texniki Universitetinin tələbəsi olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” feysbuk səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, Universitetin Energetika fakültəsinin IV kurs tələbəsi Pərvin Cəfərov ötən gecə Bakıda baş verən faciəvi qəzada həyatını itirib.

xatırladaq ki, Atakişiyev Hümmət Baba oğlunun idarə etdiyi “Lada Priora” markalı avtomobil Nəsimi rayonu Ceyhun Səlimov küçəsi ilə A.Salamzadə küçələrinin kəsişməsində İsmayılov Hüseyn Əli oğlunun idarə etdiyi “KamAZ” markalı avtomobillə toqquşub.

Nəticədə “Lada Priora” markalı avtomobildə olan 2002-ci təvəllüdlü sərnişin Cəfərov Pərvin Pərviz oğlu ölüb.

Avtomobildəki digər sərnişinlər – Sadıqov Elmin İlham oğlu və Heydərli Fərid Xaliq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.