Bakıda tarixi abidəyə müdaxilənin qarşısı alındı

Bakıda tarixi abidəyə müdaxilənin qarşısı alınıb, obyekt sahibinə xəbərdarlıq edilib.

Globalinfo.az bildirir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məlumat verib.

Onun sözlərinə görə, Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi 21 ünvanında yerləşən 3350 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə olunduğu aşkar olunub: “Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları yol verilmiş müdaxilə faktının qarşısını alıb. Tarixi abidənin birinci mərtəbəsində fasad hissəyə bərkidilmiş əlüzyuyan çanaq sökülüb. Yol verilmiş qanun pozuntusu ilə bağlı obyekt sahibinə xəbərdarlıq edilib. Bir daha vətəndaşlarımızı mədəni irsin qorunmasına həssas yanaşmağa çağırırıq”.