Bakıda sürücü sükan arxasında öldü

Bakıda 75 yaşlı kişi küçədə ölüb.

Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1948-ci il təvəllüdlü Əli Əliyevin halı idarə etdiyi avtomobildə qəfil pisləşib.

Maşını saxladıqdan sonra o, dünyasını dəyişib.

Ölümün dəqiq səbəbləri məlum deyil.

Fakt araşdırılır.