Bakıda “SPAR market”ə basqın oldu – Xeyli pul aparıldı

Bakı şəhər Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində yerləşən “SPAR market”ə basqın olub.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, gecə saatlarında marketə daxil olan şəxs və ya şəxslər oradan xeyli miqdarda tütün məmulatları, həmçinin salonda quraşdırılmış “E-Manat” ödəmə terminalını sındıraraq 1700 manat pul ələ keçiriblər.

Hadisə barədə məlumat daxil olan kimi Yasamal RPİ və ərazi üzrə 29-cu Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Malik
Globalinfo.az