Bakıda ŞOK FIRILDAQ: iş adamını aldadıb, 1 milyon manatını aldılar

Bakıda 1 milyon manatdan çox dələduzluqla üzləşdiyini bildirən şəxs polisdən kömək istəyib.

Globalifo.az-ın əldə etdiyi məlumata görə, şikayət ərizəsi Xətai rayon Polis İdarəsinə daxil olub.

Paytaxt sakini, 1968-ci il təvəllüdlü Akif Əliağa oğlu Məlikov qeyd edib ki, 2016-2020-ci illər ərzində tanışı Cəmil Əhədov onu aldadaraq ümumilikdə 1 milyon 31 min 575 manat pulunu alıb. O, vəsaitin hansı adla və məqsədlə alınması barədə heç nə deməyib.

Qeyd edək ki, polisə müraciət edən şəxs iş adamıdır. Onun ərizəsi ilə bağlı araşdırmalar aparılır.

Globalinfo.az,

Xəbər xidməti