Bakıda skuterlər yığışdırılır? – Rəsmi

Bakıda skuter icarəsi mobil tətbiqləri fəaliyyətlərini müvəqqəti dayandırdığı barədə bildirişlər göndərir.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Globalinfo.az-a açıqlamasında skuterləri idarə edənlərin də digər hərəkət iştirakçıları kimi məsuliyyət daşıdığını və qaydaları pozduqları təqdirdə cərimələndiklərini bildirib.

“Skuterlər mopedlərlə oxşar xüsusiyyətləri olduğu üçün onlar “Yol hərəkəti haqqında” qanunun 46-cı maddəsində nəzərdə tutulan vəzifə və hüquqlara sahibdir. Hər bir skuter idarə edən şəxs nəzərdə tutulmuş qaydada yolun sağ hissəsi ilə bütün qaydaları icra etməklə bu növ qeyri-mexaniki vasitələri idarə edə bilərlər. Dəbilqədən istifadə etmədikdə 40 AZN, digər hallara görə, yəni İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən isə 20-100 AZN məbləğində cərimələr müəyyən olunub”, – deyə o qeyd edib.