meyit yeni 11

Bakıda şirkətlərdən birinin əməkdaşı iş başında vəfat edib.

Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə fevralın 19-u saat 02 radələrində Qaradağ rayonu Sahil qəsəbəsinin ərazisində baş verib.

“Norm” sement şirkətində sürücü işləyən Abşeron rayon sakini 1964-cü il təvəllüdlü Səbirxan Məmmədovun meyiti idarə etdiyi “Shacman” markalı yük maşınında tapılıb.

Onun sükan arxasında infarkt keçirərək öldüyü bildirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Paylaş: