Sentyabrın 9-da saat 21 radələrində Binəqədi rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibi tərəfindən polisə məlumat daxil olub.
Globalinfo.az bildirir ki, şübhəli şəxs hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına odlu silahla müqavimət göstərməklə qaçmağa cəhd edib.
Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı alınıb, şübhəli şəxs polis əməkdaşları tərəfindən xidməti tabel silahı ilə zərərsizləşdirilib.
Zərərçəkmiş Rauf İsmayılov bildirib ki, maskalı şəxs onun evinə özünü MTN əməkdaşı kimi təqdim edərək daxil olub:
“Qızım kameradan görüb ki, evə maskalı şəxs daxil olur. Buna görə polisə məlumat verib və dərhal evimə əməliyyat təşkil olunub”.
Daha ətraflı Baku TV-nin süjetində: