Bakıda sərnişin taksi sürücüsünü bıçaqladı

taksi taxi

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Taksi fəaliyyəti ilə məşğul olan 1992-ci il təvəllüdlü Məmmədov Emil Nurməmməd oğlu bıçaqlanıb.

Hadisəyə səbəb müştərinin qiymətlə razılaşmaması olub.

Aralarında yaranan mübahisədə sərnişin sürücünü bıçaqlayıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.