Bakıdakı Xocalı qatili qızına zəng edib nələr dedi?

Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən və Bakıda 15 il müddətinə azadlıqdan məhrum edilən Vaqif Xaçatryan ailəsi ilə əlaqə saxlayıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak”a onun qızı Vera Xaçatryan danışıb.

O, atası ilə bir neçə gün öncə telefonda danışdığını bildirib:

“Atamla əlaqə saxladıq. Dedi ki, yaxşıdır, hər şey qaydasındadır. Dərmanlarını zamanında qəbul etdiyini bildirdi. Ayda bir dəfə bizə zəng edir”.

Ayşən Mustafa
Globalinfo.az