Bakıda saxlanılan erməni terrorçuların Qarabağda son bayramı – FOTO

Hazırda Bakıda istintaq təcridxanasında saxlanılan separatçı rejimin keçmiş “prezidentlərinin” Qarabağda keçirilən son Milad bayramından fotoları yayılıb.

Globalinfo.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotoda separatçılarla yanaşı qondarma rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyanın da olduğu görünür.

Fotonun 2023-cü ildə Qarabağda ermənilərin qeyd etdiyi son Milad bayramı zamanı kilsədə çəkildiyi bildirilir.

Sıra ilə keçmiş “artsax” “prezidentləri” Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan, həmçinin separatçılığı maliyyələşdirməkdə ittiham olunan Ruben Vardanyan kilsədə yanaşı dayandığı fotoda əks olunur.

Sözügedən görüntü Ermənistan KİV-ləri və sosial şəbəkələrin erməni seqmentində sürətlə paylaşılır.

Əliyar Xəlil
Globalinfo.az