Bakıda şahmat üzrə Dünya Kubokuna start verildi – FOTOLAR

Bakıda şahmat üzrə Dünya Kubokuna start verilib.

Globalinfo.az xəbər verir ki, birinci raundun partiyalarında ilk gedişi gənclər və idman naziri Fərid Qayıbov və Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç edib.

Qeyd edək ki, raundun cavab görüşləri sabah keçiriləcək.

Ölkəmizi bu turnirdə 17 şahmatçı – Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abbasov, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Məhəmməd Muradlı, Vüqar Əsədli, Riad Səmədov, Aydın Süleymanlı, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Gövhər Beydullayeva təmsil edirlər.

Onu da əlavə edək ki, FIDE Dünya Kuboku 2023-ün oyunları yarışın rəsmi saytında Azərbaycan və ingilis dillərində yayımlanır. Turnir avqustun 25-dək davam edəcək. Çempionatın mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.