Bakıda sahilə yaxın ərazidə yanğın

Bakı şəhəri, Səbail rayonunda sahilə yaxın ərazidə doğranmaqda olan qurğuda yanğın baş verib.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.