Bu gün paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Lake Hotel” restoranının yaxınlığında 4 nəfər ofisiant cərəyan vurması səbəbindən ölüb.
Globalinfo.az-ın əldə etdiyi məlumatlara görə, əməkdaşlar otelin ətrafında texniki işlər apararkən həlak olublar.
Məlumatımıza görə, ofisiantlar ərazidəki dəmir qurğunu qaldırarkən həmin qurğu yüksəkgərginlikli elektrik naqilinə dəyib. Nəticədə onlar ani olaraq elektrik cərəyanına məruz qalıblar.
Hadisə yerinə dərhal təcili yardım və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çağırılıb.
Hazırda faktla bağlı araşdırma davam edir.
***
Bakıda hotelin 4 əməkdaşı elektrik xəttinə təmas nəticəsində cərəyan vurması nəticəsində ölüb.
“Lake Hotel”in dörd işçisinin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi açılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qeyd olunub ki, hadisə adıçəkilən şəxslərin qeyd olunan hotelin qarsısında iş görən zaman baş verib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
X X X
Bu gün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində faciəvi hadisə baş verib.
Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Binəqədi şosesində yerləşən “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib.
“Azərişıq” ASC-dən sorğumuza cavab olaraq bildirildi ki, hadisə baş verən həmin 35 kV-luq özəl xətt 2007-ci ildə istifadəyə verilib: “Həmin yüksəkgərginlikli xətt özəl şirkətə məxsus olduğu üçün “Azərişıq” ASC-nin balansında deyil”.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
***13:17
Bu gün paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində cərəyan vurması nəticəsində vəfat edən şəxslərin kimliyi məlum olub.
Oxu.az xəbər verir ki, faciəli hadisə nəticəsində vəfat edən şəxslər – 20 yaşlı Emil Quliyev, 18 yaşlı Əkbər Zeynalov, 27 yaşlı Cavidan Muradlı və 19 yaşlı Eltac Əliyevdir.
Qeyd edək ki, hadisə Binəqədi şosesində yerləşən “Lake Hotel” restoranının yaxınlığında baş verib.
