63bc59af85c6363bc59af85c64167328811163bc59af85c6163bc59af85c62

Bakıda quşçuluq sexində yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 400 m² olan fəaliyyət göstərməyən quşçuluq sexinin içərisində 150 m² sahəyə səpələnmiş taxta yonqarı yanıb.

“Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə məlumatda qeyd olunub.

Paylaş: