Bakıda qadın sürücünün maşını işıqfora çırpıldı – VİDEO

Bakıda qadın sürücü qəza törədib.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, Əsəd Əhmədov küçəsi ilə sürətlə hərəkət edərək Həsən bəy Zərdabi küçəsinə dönməyə çalışan 90-OC-033 dövlət nömrə nişanlı “Volkswagen” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yol kənarındakı işıqfora çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə və yol təsərrüfatına ciddi maddi ziyan dəyib.

Həmin görüntüləri təqdim edirik: