Bakıda qadın özünü gölə atdı

Bakıda intihar hadisəsi olub.

Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu Zığ qəsəbəsində qeydə alınıb. R. Hacıyeva özünü yaşadığı ünvanın yaxınlığındakı Zığ gölünə ataraq intihar edib.

Mərhumun psixi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.