Paytaxtın Nərimanov rayonunda 1989-cu il təvəllüdlü Tacirə Salmanovanı qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Globalinfo.az-a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.
Qeyd olunub ki, prokurorluq və polis əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Teymur Məmmədov saxlanılıb.
İbtidai istintaq davam etdirilir.
***21:20
Avqustun 5-i saat 19 radələrində Nərimanov rayonu ərazisində yerləşən fərdi yaşayış evlərindən birində 1989-cu il təvəllüdlü Tacirə Salmanovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
Globalinfo.az xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi istiqamətdə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Nəticəsi barədə əlavə məlumat veriləcək.