Bakıda qadın güllələndi

Yanvarın 16-da saat 23 radələrində Səbail rayonu ərazisində bir qadının odlu silahdan açılmış atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-dən Globalinfo.az-a verilən xəbərə görə, qadın xəstəxanaya yerləşdirilib.

Araşdırmalarla Bərdə rayon sakini Rəşad Əsədzadənin xuliqanlıq zəminində tüfəngdən atəş açaraq Abşeron rayon sakini olan qadının qol nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə R.Əsədzadə saxlanılıb. Ondan lüləsi kəsilmiş və nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.