
Bakıda parkda qadınlara əxlaqsız hərəkətlər edən manyak peyda olub.
Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu ərazisində yerləşən Gənclik parkında qeydə alınıb.
Oğlanın hərəkətlərinə dair videonu xanımlardan biri çəkərək, paylaşıb.
Görüntülərdən məlum olur ki, gənc oğlan qızlara qarşı qeyri-etik hərəkətlər edir.
Məlumata görə, yayılan görüntülərlə polis əməkdaşları araşdırmalara başlayıb.