Bakıda parkda kütləvi dava: Yeniyetmə qan tökdü

Bakıda kütləvi dava olub.

Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində, Bakı Konqres Mərkəzinin parkında baş verib. Burada üç-dörd yeniyetmə arasında naməlum səbəbdən münaqişə yaranıb.

Münaqişə zamanı dava iştirakçılarından biri digərini bıçaqlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq silah və silah qismində istifadə olunan əşyalardan törədildikdə) maddəsilə cinayət işi açılıb. Hadisəni törədən yeniyetmə barəsində polisin nəzarəti altına vermə haqqında iltizam tədbiri seçilib.

Məhkəmə istintaqı davam edir.