Bakıda orduya çağırışla bağlı buklet paylanır? – ŞOK FOTOLAR

Sosial şəbəkələrdə guya Azərbaycanda Rusiya ordusunda xidmətə çağırışla bağlı bukletlərin paylanması haqda məlumat yayılıb.

Globalinfo.az xəbər verir ki, “Caliber” sözügedən məlumatın əsassız olduğunu bildirib.

Qeyd edilib ki, “Babalarımız kimi vətən üçün çiyin çiyinə duraq” başlıqlı bukletlər Rusiya Federasiyasındakı azərbaycanlılar arasında yayılıb. Həmin bukletlərin kim tərəfindən paylandığı bilinmir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev Globalinfo.az-a bildirib ki, məsələ araşdırılır.

Tamerlan Yayaqan
Globalinfo.az