Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında Niderlandın Haaqa şəhərinin meri Yan van Zanen də iştirak edir.
O, Globalinfo.az-la təəssüratlarını bölüşüb.
Mer bildirib ki, Bakıya ilk dəfədir səfər edir:
“Bu stadiondayam, hər şey möhtəşəmdir, insanlar çox mehribandır. Rahat istirahət etmişəm və indi burada – Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak edirəm. Mən bu forumda artıq dördüncü dəfədir iştirak edirəm. Amma bu dəfə Bakıda olmaq mənim üçün xüsusi qürurdur”.
Mer Azərbaycanın Dünya Şəhərsalma Forumuna ev sahibliyini necə qiymətləndirməsi məsələsinə də toxunub:
“Bu, çox vacibdir. Çünki mənzil məsələsi həm şimalda, həm cənubda, həm Bakıda, həm də Niderlandda üzərində çalışdığımız əsas mövzulardan biridir. Mən Niderland nümayəndə heyətinin rəhbəri kimi burada olmaqdan qürur duyuram. Eyni zamanda Niderland hökumətini də təmsil edirəm. Hazırda Niderlanddan 50-dən çox iştirakçı buradadır. Bu da göstərir ki, biz bu mövzunun qlobal səviyyədə müzakirəsini və Bakıda keçirilən forumu nə qədər önəmli hesab edirik”.
Zaira Akifqızı
Tərcümə: Ayan Abbaslı
Globalinfo.az