Bakıda nazirlər üçün nahar təşkil olunub – FOTOLAR

Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş nahar təşkil olunub.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, toplantıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov çıxış edib.

Tədbirə Türkiyənin xarici işlər naziri Hakan Fidan və digər ölkələrin nümayəndə heyətləri də qatılıb.