dr

NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının Qərargah rəisinin Dəstək üzrə müavini general-mayor Stefan Fiksin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrini (HDQ) ziyarət edib. HDQ-də keçirilən görüşdə NATO-nun tərəfdaşlıq proqramları çərçivəsində Azərbaycanla əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri, o cümlədən təcrübə mübadiləsinin dərinləşdirilməsi imkanları müzakirə olunub.

Tərəflər arasında keçirilən fikir mübadiləsi zamanı NATO-nun tərəfdaşlıq proqramları kontekstində Azərbaycanın fəal iştirakı və göstərdiyi təşəbbüslər xüsusi vurğulanıb.

Görüşdən sonra HDQ-nin “N” hərbi hissəsində qonaqlara hərbi hissənin fəaliyyət istiqamətlərini əks etdirən brifinq təqdim olunub. Nümayəndələr hərbi qulluqçuların taktiki və xüsusi hazırlıq üzrə nümayiş məşğələlərini izləyiblər.

Daha sonra NATO nümayəndə heyəti Hərbi Polis İdarəsini ziyarət edib. Görüş çərçivəsində qonaqlara hərbi polisin yaradılması, fəaliyyəti və keçdiyi şərəfli yol barədə ətraflı məlumat verilib. Bu məqsədlə xüsusi hazırlanmış videoçarx nümayiş olunub və idarənin strukturu ilə bağlı brifinq təqdim edilib.

Səfərin son mərhələsində qonaqlar Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində olub. İdarədə təşkil edilən görüşdə Azərbaycan və NATO arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti, tərəfdaşlıq çərçivəsində icra olunan layihələr və qarşılıqlı maraq doğuran istiqamətlər ətrafında geniş və məhsuldar fikir mübadiləsi aparılıb, həmçinin gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Keçirilən görüşlərdə bu cür səfərlərin Azərbaycan-NATO əməkdaşlığının strateji əhəmiyyətini bir daha təsdiq etdiyi və qarşılıqlı anlaşma mühitinin daha da möhkəmləndirilməsinə töhfə verdiyi vurğulanıb.

4de8825fac6a0f55302a8e1f8cd578c3
55d55232b0452ec8b758e8a4ba6f5431
e0cdf593b150420401489d8b3a5b59cb
e992bef768cc6ef1d446dd339411fcb4
ebf90747b48a414c940f6ee1d760505f
fc35fb03c3484cdfcd9d26d1c73a9c7a
04deb63549e234af4740413fa747ccfe

Paylaş: