Bakıda mühafizəçi idman zalını taladı – Anbaan video

Yasamal rayonunda yerləşən idman zallarından birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Globalinfo.az-a verilən xəbərə görə, obyektin sahibi rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək kassa aparatının sındırılaraq oradan 12 min manata yaxın vəsaitin oğurlandığını bildirib.

Araşdırmalarla pulun idman zalının mühafizəçisi 32 yaşlı Ehtibar Adilov tərəfindən oğurlandığı müəyyən olunub. Həmin şəxs keçirilən tədbirlərlə saxlanılaraq 26-cı Polis Bölməsinə gətirilib. Barəsində toplanan material araşdırmaların davamı üçün istintaqa göndərilib.

E.Adilovun əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.

Bakıda mühafizəçi idman zalını taladı - VİDEO