6ab2a7f0 eacc 3ebf 9635 78646a587285 850

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, H.Məmmədov küçəsi, ev 50 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Xəlilov Fikrət Hüseynağa oğluna məxsus “Balıqçı” restoranında apardığı plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl edilmədiyini aşkarlayıb.

Bu barədə Globalinfo.Az-a AQTA-dan məlumat verilib.

Belə ki, müəssisədə havalandırma sistemlərinin və həşəratlara qarşı qoruyucu torların quraşdırılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təchiz edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, mətbəxdə texnoloji ardıcıllığa riayət edilmədiyi, döşəmə, divar və tavanın tamlığının pozulduğu və asan yuyulub-təmizlənə bilən, suya və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materiallarla üzlənmədiyi və digər nöqsanlar aşkar olunub.

Aşkarlanmış nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb edilib, həmçinin müəssisədə işlərin görülməsi (xidmətlərin göstərilməsi) məhdudlaşdırılıb.

c1448ca4 39cd 383d b4c1 b65cdf1661d0 216686a1 93ac 3478 bf8b c55de7032c60

Paylaş: