Bakıda məşhur küçədə hərəkət istiqamətinin dəyişməsi sürücülər arasında çaşqınlıq yaradıb.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Söhbət Əbdüləzəl Dəmirçizadə küçəsindən gedir.

Belə ki, iyulun 16-dan etibarən sözügedən küçədə nəqliyyat vasitələrinin hərəkət istiqaməti əksinə dəyişdirilib.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) də məlumat yaymışdı.

Bildirilib ki, dəyişiklik Nəqliyyatı Əlaqələndirmə Şurasının təsdiqlədiyi layihə çərçivəsində həyata keçirilib.

Qeyd edilib ki, bu layihə daha əvvəl Koroğlu Rəhimov küçəsində və Xətai prospektində reallaşdırılan uğurlu layihələrin davamıdır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: