b 07678

Bakıda hoteldə qətl törədilib.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə yanvarın 25-i saat 19 radələrində Ağ şəhər bulvarında yerləşən “Boulevard Hotel”də qeydə alınıb.

Belə ki, hoteldə ofisiant işləyən 1996-cı il təvəllüdlü paytaxt sakini Şəmistan Şamil oğlu Əliyev camaşırxanada bıçaqlanaraq öldürülüb.

Hadisənin hotelin digər ofisiantı 1992-ci il təvəllüdlü Abşeron sakini Seymur Zafalı oğlu Manafov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

S.Manafov polis əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı cinayət işi başlanıb. Rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.

584363189 2104184367063685 1726595479691017060 n

Şəmistan Əliyev

Paylaş: