Bakıda məhkum həbsxanada öldü

Azərbaycanda məhkum həbsdə ölüb.

Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Orada cəza çəkən məhkum Qurban Rəcəbov dünyasını dəyişib.

Onun xəstəlikdən öldüyü bildirilir.

Xatırladaq ki, son hadisə bu il altıncı məhkum ölümüdür.