Bakıda faciə: liftə minmək istədi, canından oldu – VİDEO

Paytaxtın Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində bədbəxt hadisə baş verib.

Globalinfo.az bildirir ki, martın 26-sı səhər saatlarında liftdə köməksiz qalan 44 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Mərhumun qonşusunun sözlərinə görə, qadın yuxarı qalxmaq istəyəndə qapı bağlanmamış lift hərəkət edib. Nəticədə o, liftlə binanın arasında qalıb:

“Bizim lift üç-dörd gündür bu vəziyyətdədir. Əvvəllər də bu cür hadisələr yaşanıb. Çağırırıq, gəlib düzəltmirlər”.

Mərhumun qohumu bildirib ki, anasını xilas etmək istəyəndə oğlu da xəsarət alıb. Onun vəziyyətinin qənaətbəxş olduğu qeyd edilib.

Ətraflı Baku TV-nin süjetində:

***15:57

Binəqədidə liftdən meyit tapılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Bakı Regional Mərkəzinin xilasetmə qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti liftdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib