1783000700 1783000252 32f94b4e e43b 42e2 b415 c58293df4dee 9

Bakıda Əliəşrəf Əlizadə 57 ünvanında yerləşən binanın liftində azyaşlıya qarşı zorakılıq edilib.

Globalinfo.az xəbər verir ki, azyaşlının anasının sözlərinə görə, psixi sağlamlıq problemi olan şəxs liftə minmək istəyən uşağı itləyərək yıxıb.

Azyaşlıya fiziki zor tətbiq edən 29 yaşlı Ayxan Ağalarov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Paylaş: