a4b559de 60ac 3799 bf7c cbb7f7cd636d 850

Bakıda Əhmədli qəsəbəsində kütləvi dava baş verib.

Globalinfo.az bildirir ki, hadisə şahidlərinin “Report”a verdiyi məlumata görə, davaya səbəb az əvvəl başa çatan “Fənərbağça” – “Qalatasaray” futbol oyunu olub. Belə ki, hər iki klubun fanatları arasında oyun bitəndən sonra mübahisə yaranıb. Əlbəyaxa dava polisin müdaxiləsindən sonra dayandırılıb.

Hadisə ilə əlaqədar bir neçə nəfərin saxlanıldığı bildirilir.

Bakının Əhmədli qəsəbəsində baş verən kütləvi dava ilə bağlı təhqiqat araşdırması başlanılıb.

Bu barədə Globalinfo.aza Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları hadisədən məlumatlıdırlar:

“Ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb. Əlavə məlumat veriləcək”.

Paylaş: