Bakıda kişi qonşusunu yumruqla öldürdü

Bakıda kişi qonşusunu yumruqla vuraraq öldürüb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da Nəsimi rayon Ağadadaş Qurbanov küçəsi 21 ünvanında baş verib.

Belə ki, həmin gün saat 23:00 radələrində 1969-cu il təvəllüdlü Səttərov Sayruz Hidayət oğlu aralarında yaranmış mübahisə nəticəsində qonşuları – Bakı şəhəri, Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsi 21 ünvanında kirayədə yaşayan 1959-cu il təvəllüdlü Çabanova Marina Yevgenyevna və qızı 1987-ci il təvəllüdlü Vəliyeva Nərminə Mayis qızının sifət nahiyəsinə yumruqla xəsarətlər yetirmiş və həmin xəsarətlərin təsirindən huşunu itirən Marina Çabanova oktyabrın 31-də saat 09:00 radələrində ayıldıqdan sonra qızı Nərminə Vəliyevanı yataq otağında döşəmənin üzərində ölmüş vəziyyətdə aşkar edib.

Faktla bağlı CM-nin 126.3-cü maddəsi ilə cinayət işi başlanmış, Sayruz Səttərov şübhəli şəxs kimi tutulub.