qetl

Bakıda qadının küçədə qətlə yetirilməsinin təfərrüatı məlum olub.

Globalinfo.az-ın Oxu.az-a istinadla məlumatına görə, qətl hadisəsi qadının azyaşlı uşağının gözü qarşısında baş verib.

Belə ki, Zaur Qəhrəmanov bir müddət əvvəl həyat yoldaşı Amalya Qəhrəmanovadan boşanıb və onların azyaşlı övladı qadında qalıb. Zaur Qəhrəmanov dünən övladını özü ilə aparmaq istəyib. Lakin qadın buna etiraz edib. O, buna görə Amalya Qəhrəmanova ilə mübahisə edib.

Bu gün isə Zaur ov tüfəngini götürərək avtomobili ilə Amalyanın iş yerinin qarşısına gəlib və uşağı görmək istədiyini deyib. Həmin vaxt Amalya uşaqla birlikdə aptekdə olub. O, uşağı atasına göstərsə də, onu aparmasına icazə verməyib.

Zaur Amalyadan uşağı maşına gətirməyi xahiş edib. Bildirib ki, o, uşaqla avtomobildə görüşmək istəyir. Amalya da onunla razılaşıb və uşağı avtomobilə atasının yanına gətirib. Zaur uşağı avtomobilə əyləşdirəndən sonra oradan uzaqlaşmaq istəyib. Lakin Amalya uşağı ondan alıb işlədiyi aptekə qaçıb.

Zaur Qəhrəmanov isə avtomobilində olan ov tüfəngini götürərək aptekə tərəf gedib. Amalya uşağı aptekə qoyub, özü isə qaçmağa cəhd edib. Zaur onu yaxalayaraq ov tüfəngi ilə qətlə yetirib.

***

Bakıda baş verən silahlı insident zamanı ölən və xəsarət alan şəxslərin adları məlum olub.

APA-nın xəbərinə görə, ölən şəxs 44 yaşlı Amalya Qəhrəmanova, xəsarət alan isə 43 yaşlı Zaur Qəhrəmanovdur.

***17:30

Bakıda silahlı insident baş verib.

Globalinfo.az “Unikal”a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Mir Cəlal küçəsində qeydə alınıb.

Belə ki, kişi ov tüfəngi ilə keçmiş arvadını güllələyərək qətlə yetirib. Daha sonra isə özünə silahla atəş açıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: