Bakıda itkin düşən üç qızdan ikisi tapıldı

qiz itkin 12

Martın 17-də itkin düşmüş üç rəfiqədən daha biri tapılıb.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, itkin düşən kimi axtarışa verilmiş yeniyetmələrdən biri polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, martın 17-də yetkinlik yaşına çatmayan üç rəfiqə evdən çıxıb və bir daha geri qayıtmayıb. Onlardan birinin anası müğənnidir.

Dünən isə rəfiqələrdən birinin tapılması xəbəri yayılıb.