Bakıda İran vətəndaşı olan gənc qız polis idarəsinə müraciət edib.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, İran İslam Respublikasının vətəndaşı olan 1995-ci il təvəllüdlü N.K.Hamidnejad Səbail rayon Polis İdarəsinə müraciət edərək sevgilisinin onu döydüyünü bildirib. O, qeyd edib ki, Bakıda yaşayır və Azərbaycan paytaxtında gözəllik salonunda işləyir. Onun sevgilisi olan 1995-ci il təvəllüdlü B.Ələsgərli də gözəllik salonunda işləyir. Onlar birgə qeyri-rəsmi ər-arvad kimi yaşayırlar.
Lakin münasibətləri pisləşdiyindən B.Ələsgərli sevgilisini döyərək xəsarətlər yetirib.
Müraciətlə əlaqədar araşdırma aparılır.
Malik
Globalinfo.az