64aaac40478ad64aaac40478ae168890681664aaac40478ab64aaac40478ac

Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Sudan xarici işlər naziri Əli as-Sadik arasında keçirilən görüşdə iki ölkə arasında yaxın gələcəkdə diplomatik əlaqələrin bərpası və səfirliklərin açılması barədə qərar qəbul edilib.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Tehranda əlcəzairli həmkarı ilə birgə mətbuat konfransında bildirib.

Hüseyn Əmir Abdullahiyan deyib ki, sudanlı həmkarıyla Bakıda keçirilən görüşdə bu barədə razılığa gəliblər.

Paylaş: