d9e3b8be 9678 3aaa 8594 c36637d777e2 850

Bakıda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları “İran nemətləri” mağazasında Azərbaycan dilində markalanmamış məhsullar aşkar edib.

Globalinfi.az-ın “Report”a istinadən xəbərinə görə, Yasamal rayonu, Z.Əhmədbəyov küç., ev 7-də yerləşən bu obyektdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və Azərbaycan dilində markalanması olmayan məhsulların satıldığı aşkarlanıb.

Qeyd edək ki, AQTA əməkdaşlarının yanvarın 5-də keçirdiyi monitorinqlər zamanı ümumilikdə 24 müəssisədə nöqsanlar müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Paylaş: