Bakının 551 küçəsi yuyuldu – YENİLƏNİB

Bu gün Bakının 551 küçəsi yuyulub.

Bu barədə Globalinfo.az-a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, BŞİH-in təşkilatçılığı ilə avqustun 19-da paytaxtda təmizlik və abadlıqla bağlı növbəti daxili iməcilik keçirilib.

Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 551 əsas küçə və prospektlərin təbiətə ziyanı olmayan vasitələrlə yuyulmasını təmin edilib və eyni zamanda didər təmizlik və abadlıq işləri həyata keçirilib.

***12:07

Yay mövsümündə havaların kəskin isti keçməsi, şəhərin küçə və prospektlərində, park və istirahət bağlarında səliqə-sahman və təmizliyin qorunaraq lazımi səviyyədə saxlanılması, yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən avqust ayının 19-da paytaxt ərazisində təmizlik və abadlıqla bağlı növbəti daxili iməcilik keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Globalinfo.az-a verilən xəbərə görə, paytaxtın bütün rayonlarını əhatə edən iməcilikdə kommunal xidmətlər tərəfindən prospekt və küçələrin, səki kənarlarının və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların təbiətə ziyanı olmayan vasitələrlə yuyulması həyata keçirilib və əlavə təmizlik işləri görülüb. Həmçinin yol kənarlarında yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər yuyulub, ətrafı təmizlənib.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları ağac və yaşıllıqlara qulluq göstərilməsini həyata keçirib, həmişəyaşıl ağaclar yuyulub, yaşıllıq zolaqları və parklarda qazon örtüyünə qulluq göstərilib.

Paytaxtın sanitar təmizliyinin lazımı səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər davam etdiriləcəkdir.

Bakıda iməcilik keçirilibBakıda iməcilik keçirilibBakıda iməcilik keçirilibBakıda iməcilik keçirilibBakıda iməcilik keçirilib