09:22
Bakıda 2 yaşlı uşaq 6-cı mərtəbədən yıxılaraq ölüb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Akademik Əhəd Yaqubov küçəsində qeydə alınıb.
2022-ci il təvəllüdlü Hamza İmanov yaşadıqları evin 6-cı mərtəbəsində yıxılaraq “Kia” markalı avtomobilin üzərinə düşüb.
Qonşuların sözlərinə görə, azyaşlı pəncərənin qoruyucu toruna toxunub və torun çıxması nəticəsində aşağı – skamyanın üzərinə düşüb.
Dərhal atası körpəyə süni nəfəs versə də, heç bir faydası olmayıb.
Körpə aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.