Bakıda icra başçısının köməkçisi niyə intihar edib? – RƏSMİ AÇIQLAMA

***
13:30

Nizami rayon İcra Hakimiyyəti başçısının köməkçisi Mehtiyev Rauf Məhi oğlu intihar edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Globalinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.

“Hadisə yeni baş verdiyi üçün hər hansı bir nəticədən söhbət gedə bilməz. Araşdırma aparılır”, – prokurorluqdan bildirilib.

Qeyd edək ki, R.Mehtiyev gecə saatlarında özünü asaraq canına qəsd edib. Onun hansı səbəbdən intihar etməsi bəlli deyil.

R.Mehtiyev sözügedən vəzifədə 2021-ci ildən çalışırdı.

Zaira Akifqızı
Globalinfo.az