Bakıda hərbçilər qəzaya düşdü: yaralılar var – VİDEO

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat xidmətindən “Report”a bildirilib ki, qəza bu gün saat 11:30 radələrində “Chevrolet” markalı avtomobillə törədilib.

***13:02

Bakının Suraxanı rayonunda hərbçilərin olduğu minik avtomobili qəzaya uğrayıb.

Globalinfo.az bildirir ki, bu barədə məlumat baku.vs-in “qaynar xətti”nə daxil olub.

Bildirilib ki, hadisə Yeni Suraxanı adlanan ərazidə qeydə alınıb.

Qəza zamanı maşın işıq dirəyinə çırpılıb.

Nəticədə 1-i ağır olmaqla 2 nəfər xəsarət alıb.

Hadisə yerindən görüntüləri təqdim edirik: