yolll

Hazırda paytaxtın bəzi küçə və prospektlərində yolların sürüşkən olması səbəbindən qəzalar baş verib və nəqliyyat sıxlığı yaranıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov Globalinfo.az-a bildirib ki, yaranan sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Sıxlıq olan yollar:

Binəqədi rayonu, Bakı Dairəvi yol, Beynəlxalq Avtovağzalın yaxınlığı, Biləcəri qəsəbəsi istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;

Nizami rayonu, Heydər Əliyev prospekti, “ASK Arena”nın qarşısı, mərkəz istiqamətində yol-nəqliyyat hadisəsi baş verib; sıxlıq yaranıb;

Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, yol hər iki istiqamətdə sıxlıq var;

Nərimanov rayonu, Ziya Bünyadoov və Atatürk prospektlərinin kəsişməsi, “20 Yanvar” m/st istiqamətində sıxlıq var.

Paylaş: