Bakıda güllələnmiş bina sökülür – FOTO

 

Bakı şəhər Nizami rayonu Qara Qarayev prospektində (“Neftçilər” metrosunun yanı) yerləşən beşmərtəbəli bina sökülür.

Globalinfo.az xəbər verir ki, bu bina 13-17 mart 1995-ci ildə “OMON” qiyamının izlərini özündə saxlayıb. Belə ki, bu binanın damında dövlət qüvvələrinin snayper mövqeyi olub və “OMON”çular həmin mövqeni dəfələrlə atəşə tutub. 45 nəfərin ölümü ilə nəticələnən həmin qiyamdan sonra binanın üzərindəki güllə izləri bu günədək qalmaqdadır.

Həmin binanın fasadı 28 il keçməsinə baxmayaraq təmir edilməmişdi.

Malik
Globalinfo.az