WhatsApp Image 2025 04 20 at 15.47.15 1

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın tam söndürülüb.

Bu barədə Globalinfo.az-a FHN-in Mətbuat xidmətindən bildirilib.

Yanğın nəticəsində marketə məxsus ümumi sahəsi 1 600 kv.m olan anbar 650 kv.m sahədə yanıb.

Anbarın qalan hissəsi yanğından mühafizə olunub, habelə yanğının digər obyektlərə keçməsinə imkan verilməyib.

***

Bakı şəhərinin Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi qüvvələrinin çevik müdaxiləsi sayəsində məhdudlaşdırılıb.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

***

Əldə etdiyimiz məlumata görə, yanğın Ağasadıq Gəraybəyli küçəsindəki “Tayqa” marketlər şəbəkəsinin bazasında başlayıb. 

***

Bakının Binəqədi rayonunda yerləşən obyektlərin birində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

DİN-in Mətbuat Xidmətindən Globalinfo.az-a bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Bu barədə Globalinfo.az-ın hadisə yerində olan əməkdaşı məlumat verib.

Yanğının “Tayqa” marketdə başladığı bildirilir.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Məlumata görə, ərazidə 3 minik avtomobili yanıb. Yanğının yaşayış binasına keçməsi təhlükəsi olsa da, dərhal qarşısı alınıb.

Əlavə məlumat veriləcək.

Xəbər yenilənir…

%D0%98%D0%B7%D0%BE%D0%B1%D1%80%D0%B0%D0%B6%D0%B5%D0%BD%D0%B8%D0%B5%20WhatsApp%202025 04 20%20%D0%B2%2015.25.04 4d9219ac 1745148567 %D0%98%D0%B7%D0%BE%D0%B1%D1%80%D0%B0%D0%B6%D0%B5%D0%BD%D0%B8%D0%B5%20WhatsApp%202025 04 20%20%D0%B2%2015.25.04 be18ff17 1745148578 %D0%98%D0%B7%D0%BE%D0%B1%D1%80%D0%B0%D0%B6%D0%B5%D0%BD%D0%B8%D0%B5%20WhatsApp%202025 04 20%20%D0%B2%2015.25.05 e2fac2cd 1745148591 %D0%98%D0%B7%D0%BE%D0%B1%D1%80%D0%B0%D0%B6%D0%B5%D0%BD%D0%B8%D0%B5%20WhatsApp%202025 04 20%20%D0%B2%2015.25.05 ee77e61c 1745148605 %D0%98%D0%B7%D0%BE%D0%B1%D1%80%D0%B0%D0%B6%D0%B5%D0%BD%D0%B8%D0%B5%20WhatsApp%202025 04 20%20%D0%B2%2015.25.30 cbc58a93 1745148616 %D0%98%D0%B7%D0%BE%D0%B1%D1%80%D0%B0%D0%B6%D0%B5%D0%BD%D0%B8%D0%B5%20WhatsApp%202025 04 20%20%D0%B2%2015.25.31 0d3ba291 1745148629 %D0%98%D0%B7%D0%BE%D0%B1%D1%80%D0%B0%D0%B6%D0%B5%D0%BD%D0%B8%D0%B5%20WhatsApp%202025 04 20%20%D0%B2%2015.25.32 8a01ff61 1745148651

***14:45

Bakıda güclü yanğın başlayıb.

Xəbər yenilənir…

Paylaş: