Bakıda güclü külək: xəsarət alanlar var

Son məlumata əsasən, 04.04.2024-cü il tarixində güclü külək səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 4 ünvan üzrə 5 müraciət qeydə alınıb.

TƏBİB-dən Globalinfo.az-a bildirilib ki, hər dörd ünvana təcili tibbi yardım briqadası cəlb olunub.

Külək nəticəsində müxtəlif səbəblərdən xəsarət alanlardan 3 nəfər kişi, 2 nəfər isə qadın olub. Onlardan 2 nəfər (1 qadın, 1 kişi olmaqla) ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub. 3 nəfərə (1 qadın, 2 kişi olmaqla) isə təcili yardım briqadaları tərəfindən yerində yardım göstərilib.

***15:18

Güclü külək nəticəsində 4 nəfər xəsarət alıb.

Globalinfo.az bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə üç ünvan üzrə 4 müraciət qeydə alınıb. Onların hər birinə təcili tibbi yardım briqadası cəlb olunub. Külək nəticəsində müxtəlif səbəblərdən xəsarət alanlardan 2-si kişi, 2-si isə qadın olub. Onlardan 2-si (1 qadın, 1 kişi) ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub. İki nəfərə (1 qadın, 1 kişi) isə təcili yardım briqadaları tərəfindən yerində yardım göstərilib.

***13:54

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna güclü küləkdə xəsarət alan iki nəfər müraciət edib.

Globalinfo.az bildirir ki, bu barədə İnstitutdan APA-nın sorğusuna cavab olaraq məlumat verilib. Bildirilib ki, xəsarət alanlardan 1991-ci il təvəllüdlü kişiyə sağ mil sümüyünün başının sınığı, sağ pəncənin daraq sümüklərinin əsasının sınığı, 1971-ci il təvəllüdlü qadına isə döş qəfəsinin, mil bilək oynağının və hər iki diz oynağının əzilməsi, sol dizin ön səthinin sıyrılmış yarası diaqnozu qoyulub.

“Hər iki şəxs ilkin yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar”, – deyə məlumatda qeyd edilib.