Bakıda güclü geomaqnit qasırğası – Tarixlər

Bu gündən etibarən paytaxt Bakıda geomaqnit qasırğası müşahidə olunacaq. Qasırğanın şiddəti zaman-zaman güclənəcək.

Globalinfo.az baku.vs-ə istinadən xəbər verir ki, zəifsəviyyəli qasırğa bu axşam saat 21:00-dan etibarən hiss edilməyə başlayacaq. Geomaqnit qasırğası mayın 24-də saat 21:00-da güclənərək yerini az güclü geomaqnit qasırğasına verəcək və mayın 25-də saat 15:00-dək davam edəcək.

Qasırğa mayın 26-da da saat 18:00-dan 21:00-dək davam edəcək.

Martın 27-dən etibarən geomaqnit qasırğasının səngiyəcəyi gözlənilir.

Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.

Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.