qeza 2

Yanvarın 15-də Bakıda baş vermiş ağır yol qəzasının görüntüləri yayılıb.

Globalinfo.az-ın verdiyi məlumata görə, hadisə saat 17:00 radələrində Binəqədi-Mehdiabad yolunda baş verib.

Xədicə Allahverdiyevanın idarə etdiyi “Mercedes” markalı avtomobillə Rauf Abbasovun sürdüyü “Toyota Prius” toqquşub. Nəticədə sonuncu avtomobildə olan sərnişin olan 1995-ci il təvəllüdlü Hüseyinova Xumarə Qulu qızı aldığı xəsarətlərdən hadisə yerində ölüb, X.Allahverdiyeva isə xəsarətlər alıb. Onları maşından çıxarmaq üçün FHN-in xilasediciləri dəvət edilib.

X.Allahverdiyeva qəzadan sonra Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Dəhşətli hadisənin baş verdiyi yerdən görüntüləri təqdim edirik:

Malik
Globalinfo.az

Paylaş: