Bakıda gənc qız itkin düşdü – FOTO

Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozunda yaşayan ruhi əsəb xəstəliyindən əziyyət çəkən 2003-cü il təvəllüdlü Əzimova Əfsanə Comərd qızı sentyabrın 4-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. 

Daxili İşlər Nazirliyindən Globalinfo.az-a bildirilib ki, evdən çıxarkən əynində açıq qəhvəyi paltar, ayağında qızılı rəngli idman ayaqqabısı olub.

Onun əlamətləri belədir: boyu 165 sm, dolu bədən quruluşlu, saçları qısa qara rəngli, gözləri qəhvəyidir.

Onun harada olması barədə məlumatı olan şəxslərdən DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Xəzər Rayon Polis İdarəsinə, o cümlədən 3-cü Polis Şöbəsinə 051-571-03-11, 055-211-81-74, 050-527-00-14, 012-590-73-02 və 012-456-03-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.